PAYTAXT XƏBƏRLƏRİ

Bu gün paytaxtın hər yerinə su veriləcək

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti bildirib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir.
Sputnik
BAKI, 17 avqust — Sputnik. Günorta saatlarından sonra suyun Bakının digər ərazilərə də çatması mümkün olacaq.
Bu barədə Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Bildirilib ki, Oğuz-Qəbələ-Bakı kəmərindəki təmir-bərpa işlərinin tam yekunlaşmasından sonra bəzi ərəzilərə suyun qrafikə uyğun verilə bilməməsinin səbəbi magistral xəttin doldurulma prosesinin davam etməsidir.
Məlumatda qeyd edilib ki, texniki qaydalara uyğun olaraq, suyun verilmə rejiminin tədricən bərpası prosesi gedir: “Artıq 80 faiz ərazi içməli su ilə təmin edilib”.
22.05.24, 14:01
"Azərsu" yay rejiminə keçdi: Bakıya su fasilələrlə veriləcək
Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq yeni qrafikin tətbiqinə başlanılıb.
Qeyd edək ki, artıq Bakının bəzi ərazilərində suyun fasilələrlə verilməsi narazılığa səbəb olub. Nizami rayonu Bəhruz Nuriyev 51 ünvanında yaşayan sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, axşam işdən gəldikdən sonra su tapmırlar. Yaxud da suyun təzyiqi kəskin aşağı düşdüyündən nasos qoşmalı olurlar. Sakinlər bildiriblər ki, su əsasən onlara axşam saatlarında lazım olur. İşdən yorğun halda evə gəldikdə isə işlətməyə su tapmırlar.
A.Cəbrayıllı bildirib ki, suyun verilməsində iki rejim tətbiq edilir. Bunlar qış və yay rejimidir.
"Texniki imkanların və su həcmlərinin az olduğu ərazilərdə yay rejiminə keçidlə bağlı fasiləli rejim tətbiq olunur. Bunlar əsasən Bakıətrafı ərazilər, qəsəbələr, yeni yaşayış massivləridir. Bu ərazilərdə suyun verilişi qrafiki fasilələrlə həyata keçirilir. Hətta Xətai və Binəqədi rayonun bəzi ərazilərində də gecə saatlarında anbar ehtiyatlarının toplanması məqsədilə suyun azaldılması öz həllini tapacaq" qurum sözçüsü deyib.
A.Cəbrayıllı onu da vurğulayıb ki, ötən il "Azərsu" ASC yay rejiminə su ehtiyatları az olduğundan fevral ayından keçsə də, bu il may ayından keçib. O, suyun verilmə rejimlərinin fərqli olduğunu bildirib.
"Qış mövsümündə elə ərazilər var ki, ora su 24 saat fasiləsiz verilir. Amma bəzi ərazilərdə suyun verilməsi gecə saatlarında dayandırılır. Anbar ehtiyatları toplanılır. Bəzi ərazilər də var ki, qışda 12 saat su verilirdisə, yayda 8 saat su verilir" - Anar Cəbrayıllı bildirib.
O, Nizami rayonunda və Xətainin bəzi küçələrinə verilən suyun təzyiqinin gecə saatlarında azaldıldığını təsdiqləyib: "Gündüz saatlarında mərkəzi anbardan daha böyük məhsuldarlığı olan aqreqatlar işləyir. Gecə saatlarında isə kiçik məhsuldarlı aqreqatlar işləyir. Xəttimizdə su olduğundan, həyət evləri və aşağı mərtəbələrdə su olur. Amma gecə saatlarında suyun verilişi azaldılır".
Anar Cəbrayıllı bildirib ki, problem yay aylarında suya tələbatın artması ilə əlaqədardır.