HƏRBİ

Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib

Döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının ölkə ərazisində satınalma müqavilələri barədə məlumat bir ay müddətində Müdafiə Sənayesi Nazirliyinə verməlidir.
Sputnik
BAKI, 17 avqust - Sputnik. Azərbaycanda hüquqi şəxslərə hərbi texnikaların satın alınması hüququ verilib.
Prezident İlham Əliyev bununla bağlı yeni Fərman imzalayıb.
Belə ki, “Azərbaycan Respublikasında bəzi sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmana 3-1-ci hissə əlavə edilib.
Sənədə əsasən, döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının Azərbaycanın ərazisində satın alınması yalnız Müdafiə Nazirliyi və hərbi xidmət nəzərdə tutulan digər dövlət orqanları, həmçinin müdafiə təyinatlı məhsulların istehsalını və təmirini tamamlamaq məqsədilə müvafiq fəaliyyət növləri üçün lisenziya almış və ya lisenziya alınması tələbinin şamil olunmadığı hüquqi şəxslər tərəfindən həyata keçirilir.
Həmin orqanlar və hüquqi şəxslər tərəfindən döyüş təyinatlı hərbi texnika, hərbi silah və döyüş sursatının ölkə ərazisində satınalma müqavilələri barədə məlumat bu müqavilələr bağlanıldığı vaxtdan bir ay müddətində Müdafiə Sənayesi Nazirliyinə verməlidir.