DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Tramp xüsusi hazırlanmış İncillərin satışından 300 min dollar qazanıb – TV

Trampın hər cür satışla məşğul olması ilk dəfə deyil. Əvvəllər o, idman ayaqqabılarını, NFT şəkillərini və prezidentliyinin foto albomlarını satışa buraxıb.
Sputnik
BAKI, 16 avqust — Sputnik. ABŞ-ın keçmiş Prezidenti Donald Tramp xüsusi hazırlanmış İncilləri sataraq 300 min dollar qazanıb. "NBC News" maliyyə hesabatlarına istinadən bu barədə xəbər verib.
Daha əvvəl Trampın 59,99 dollarlıq İncilin reklamına başladığı bildirilərək qeyd edilmişdi ki, "Kral Yakobun" klassik tərcüməsində olan İncil ABŞ Konstitusiyası, hüquqlar billi, Müstəqillik Bəyannaməsi, Sədaqət andı və müntəzəm olaraq Trampın seçki mitinqlərində səslənən "Tanrı, ABŞ-ı hifz et" mahnısının mətnləri ilə birlikdə təqdim olunur.

"Tramp... xüsusi hazırlanmış İncillərdən 300 min dollar qazanıb", - məlumatda deyilib.

Telekanalın qeyd etdiyi kimi, satışda Trampın imzası olan məhdud sayda nüsxə də var, onun qiyməti min dollardır. Telekanalın məlumatına görə, Tramp, həmçinin 1 milyon dollardan çox kriptovalyutaya sahibdir.
Trampın hər cür satışla məşğul olması ilk dəfə deyil. Əvvəllər o, idman ayaqqabılarını, NFT şəkillərini və prezidentliyinin foto albomlarını satışa buraxıb.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Donald Trampın Respublikaçılar Partiyası tərəfindən dövlət başçısı vəzifəsinə namizədliyi rəsmən irəli sürülüb. Çikaqoda keçiriləcək qurultayda partiyadan hələ də rəsmi namizədliyi almamış hazırkı vitse-prezident Kamala Harris Demokratlar Partiyasından namizəd kimi iştirak etməyi planlaşdırır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.