HADİSƏ

Bakıda yağışlı hava şəraitinin gün ərzində davam edəcəyi gözlənilir

Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var.
Sputnik
BAKI, 16 avqust — Sputnik. “Bakıda və Abşeron yarımadasında yağışlı hava müşahidə olunur”.
Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
Onun sözlərinə görə, xidmət tərəfindən öncədən verilən məlumata əsasən səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında yağış yağır və yağışlı hava şəraitinin gün ərzində fasilələrlə davam edəcəyi gözlənilir:
“Yarımadanın bəzi yerlərində yağışın intensivləşəcəyi ehtimalı var”.