DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Makron Ermənistana gələcək - KİV

Səfərin məqsədlərindən biri Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan nadir qlobal liderlərdən biri olduğunu sübut etməkdir.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Fransa prezidenti Emmanuel Makron sentyabrın 21-də Ermənistana səfər edəcək. Bu barədə "Joxovurd" Fransadakı erməni icmasından olan mənbələrə istinadən yazır. Bildirilir ki, səfər Ermənistanın Müstəqillik Gününə təsadüf edəcək.
Qəzetin yazdığına görə, bu günlərdə səfərin təfərrüatları müzakirə olunur.

"Makron bu addımı ilə Ermənistanın tərəfində olduğunu vurğulamaq istəyir. Onun səfərinin digər bir məqsədi isə Ermənistanın müstəqilliyi uğrunda mübarizə aparan nadir qlobal liderlərdən biri olduğunu sübut etməkdir", - nəşr qeyd edir.

Fevral ayında Ermənistanın baş naziri Nikol Paşinyan Makronu Şarl Aznavurun 100 illiyinə həsr olunmuş qala-konsertdə iştirak etmək üçün Ermənistana səfərə dəvət edib. Konsert sentyabr ayına nəzərdə tutulub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.