SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda seçicilərin sayı açıqlanıb

Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Azərbaycanda hazırda 6 421 073 nəfər seçici var. Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov rəhbərlik etdiyi qurumun bu gün keçirilən iclasında deyib.
M.Pənahov qeyd edib ki, parlament seçkilərində ölkə üzrə 6 477 seçki məntəqəsi fəaliyyət göstərəcək:

"Onlardan 6 343-ü daimi, 134-ü müvəqqətidir".

MSK sədri bildirib ki, azad olunmuş ərazilərdə 42 mindən çox seçici Milli Məclisə seçkilərdə səs verəcək:
"Orada 54 seçi məntəqəsi fəaliyyət göstərəcək. Onların 34-ü daimi, 20-i müvəqqətidir. Amma müvəqqəti seçki məntəqələrinin sayı artırıla bilər".
Qeyd edilib ki, Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 39 qurumdan ümumilikdə 321 nəfər beynəlxalq müşahidəçi qeydə alınıb.
MSK sədri bildirib ki, seçkilərlə əlaqədar 93 964 nəfər yerli müşahidəçi qeydiyyatdan keçib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.