FOTO
Dünyanın ən yaddaqalan hadisələri, olay yerlərindən kadrlar, aktual fotoreportajlar Sputnik Azərbaycan-ın xüsusi süjetində

Həftənin ən parlaq fotoları: 10-16 avqust

Bu həftə dünyada bir çox əlamətdar hadisələrlə yadda qalıb.
Sputnik
BAKI, 16 avqust — Sputnik. Parisdə Olimpiadanın bağlanış mərasimi, Türkiyədən Perseid meteorit yağışının görünməsi, “Lenin” nüvə buzqıran gəmisinin Murmansk dokuna çəkilməsi və Moskva vilayəti üzərində səmada Şimal şəfəqi həftənin ən yaddaqalan hadisələridir.
1 / 17

Model Novosibirskdəki "Pobeda" kinoteatrında Aleksandr Smolkinin "Maleviçin Qara kvadratı" kolleksiyası ilə "Transformasiya" adlı bərbər şousunda çıxış edir.

2 / 17

ABŞ prezidentliyinə namizəd Donald Tramp Florida ştatında keçirilən praymerizdə şəxsən səs vermək üçün Florida ştatının Uest-Palm-Biç bölgəsindəki seçki müfəttişinin ofisinə gəlib.

3 / 17

Braziliya. Vinyedo şəhərində göyərtəsində 61 nəfərin olduğu sərnişin təyyarəsinin qəzaya uğradığı yer.

4 / 17

İsrail ordusunun cənubdakı Xan-Yunis bölgəsinin bəzi hissələrinin boşaldılması əmrindən sonra fələstinlilər Həməd şəhərini tərk edirlər.

5 / 17

Türkiyə. Nemrut dağının zirvəsində Perseid meteor yağışı zamanı qədim heykəllər görünür.

6 / 17

Kuba. Kubalı güləşçi Mixain Lopes Nunyez Kuba bayrağını təyyarənin pəncərəsindən dalğalandırır.

7 / 17

La Plata çayı, Puerto-Riko. "Ernesto" tropik qasırğasından sonra yolu su basıb.

8 / 17

Yunanıstan. Afinanın şimalında könüllülər yanğını söndürməyə çalışırlar.

9 / 17

Hindistan. Mumbay şəhərində qadın barelyefin yanından keçir.

10 / 17

HƏMAS-ın Qəzza zolağında saxladığı girovların yaxınları İsrailin paytaxtı Təl-Əvivdə İsrail hökumətinə etiraz ediblər.

11 / 17

Moskva vilayətinin Alabino şəhərində "Qəhrəmanların yarışı"nın iştirakçıları.

12 / 17

Taliban döyüşçüləri Əfqanıstanın Hilmənd əyalətinin Ləşkərgah şəhərində ABŞ-ın tabeliyində olan döyüşçülərin Əfqanıstandan çıxarılmasının üçüncü ildönümünü qeyd edirlər.

13 / 17

"Lenin" nüvə buzqıran gəmisinin Murmansk dəniz vağzalındakı dayanacağından planlı təmir üçün liman sularında yerləşən PD-3 dokuna yedəklənməsi.

14 / 17

Parisdə Yay Olimpiya Oyunlarının bağlanış mərasimi.

15 / 17

Moskva vilayətinin Qololobovo kəndində güclü maqnit qasırğası səbəbindən Şimal şəfəqi müşahidə olunub. Kadrda "İsanın mövludu" kilsəsidir.

16 / 17

Assama polisinin qadın komandoları Hindistanın Müstəqillik Gününün qeyd edildiyi paradda iştirak edirlər.

17 / 17

İlya Kalaşnikov kişilər arasında 10 metr məsafəyə tramplinlə tullanma üzrə Kreml Kubokunun final yarışında.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.