BAKI, 15 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələrinin (USQ) döyüşçüləri ötən sutka ərzində Kursk istiqamətində 340-a qədər hərbçini itirib.
Bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatında deyilir.
Nazirliyinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin yaraqlıları gündə 340-a qədər hərbçi və 19 ədəd zirehli texnika itiriblər. Bildirilib ki, Kursk istiqamətində hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 2640 hərbçisindən məhrum olub.
Eyni zamanda, "Şimal" qoşunlarının qruplaşması Kremyanoye istiqamətində hücumu dəf edərək, Russkaya Konopelkanın qərbində düşmənin növbəti hücumlarınının qarşısını alıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə endirdiyi zərbələri şərh edib. O, Moskvanın bu cür hərəkətlərə tezliklə cavab verəcəyini vurğulayıb.
Ukraynada nə baş verir?
Rusiya 2022-ci il fevralın 24-də Ukraynada xüsusi hərbi əməliyyata başlayıb. Rusiya prezidenti Vladimir Putin əməliyyatın məqsədini "səkkiz il ərzində Kiyev rejimi tərəfindən zorakılığa və soyqırıma məruz qalan insanların müdafiəsi" adlandırıb. O qeyd edib ki, xüsusi əməliyyat məcburi tədbirdir, Rusiyanın "əksini etmək şansı qalmayıb, təhlükəsizlik riskləri elə yaradılıb ki, başqa vasitələrlə cavab vermək mümkün deyildi".
Moskva dəfələrlə danışıqlara hazır olduğunu bildirsə də, Kiyev onlara qanunvericilik səviyyəsində qadağa qoyub. Qərb Rusiyanı danışıqlara çağırır, Moskva buna hazır olduğunu göstərir, lakin eyni zamanda Qərb Kiyevin dialoqdan daim imtina etməsinə məhəl qoymur. Əvvəllər Kreml bəyan edirdi ki, hazırda Ukraynada vəziyyətin dinc istiqamətə keçməsi üçün heç bir ilkin şərt yoxdur, Rusiya üçün mütləq prioritet xüsusi əməliyyatın məqsədlərinə nail olmaqdır, hazırda bu, yalnız hərbi yolla mümkündür. Kreml bəyan edib ki, de-fakto vəziyyət və yeni reallıqlar nəzərə alınarsa, Moskvanın bütün tələbləri məqbul hesab edilərsə, Ukraynadakı vəziyyət dinc məcraya keçə bilər.
Bu yaxınlarda jurnalist Kristof Vanner bildirib ki, Donbasda döyüşlərdə iştirak edən ukraynalı əsgərlər kritik vəziyyətə düşüblər. O qeyd edib ki, Rusiya qoşunları hazırda fəal şəkildə irəliləyir.