BAKI, 15 avqust — Sputnik. Rusiya ilə KXDR arasında münasibətlər möhkəm dostluq təməlinə əsaslanır, münasibətlərin daha da möhkəmlənməsi iki ölkə xalqlarının maraqlarına cavab verir. Bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko KXDR-də Qurtuluş Günü münasibətilə KXDR parlamentinin sədri Pak İn Çola ünvanladığı məktubda qeyd edib.
O bildirib ki, Federasiya Şurası davamlı iqtisadi əlaqələrin qurulmasında və regionlararası əlaqələrin coğrafiyasının genişləndirilməsində fəal yardım göstərməyə hazırdır. Onun sözlərinə görə, qanunverici orqanlar arasında dialoq siyasi, ticarət-iqtisadi və digər sahələrdə mühüm nəticələr əldə etməyə imkan verəcək.
"Cənab Sədr, Sizə məsuliyyətli fəaliyyətinizdə uğurlar, Koreya Xalq Demokratik Respublikasının vətəndaşlarına sülh və firavanlıq arzulayıram" - Matvienko əlavə edib.