İNFOQRAFİKA

"Qarabağ" yatağında nə qədər neft və qaz var?

"Qarabağ" layihəsinin həyata keçirilməsi üçün ümumi kapital xərcləri təxminən 1,7 milyard dollar təşkil edə bilər. Azərbaycan Respublikasının mühüm qaz yatağı haqqında ətraflı məlumat Sputnik Azərbaycan-ın videoqrafikasında.
Sputnik
Azərbaycanın müstəqillik illərində açılmış yeganə qaz yatağı olan "Qarabağ" digər "Azəri" qaz yatağından 10 km məsafədə yerləşir.
"Qarabağ" 1998-ci ildə ABŞ-ın "Pennzoil" şirkətinin rəhbərlik etdiyi "Caspian International Petroleum Company" (CIPCO) konsorsiumu tərəfindən kəşf edilib. Konsorsiuma bir sıra şirkətlər, o cümlədən Rusiyanın "Lukoil" (12,5%) və İtaliyanın "Agip" (5%) şirkəti daxil olub.
Bundan sonra 2018-ci ildə Norveçin "Equinor" şirkəti layihəyə daxil olub və qiymətləndirmə quyusunu qazaraq neft və qaz ehtiyatlarını təsdiqləyib. Lakin "Qarabağ"ın inkişafı ilə bağlı kommersiya sxemi Norveç şirkətini qane etməyib və o, layihədən çıxmaq qərarına gəlib.
Bu il iyulun sonunda məlum olub ki, "Equinor" aprel ayında "Qarabağ"ın inkişafı layihəsindəki iştirak payının 50%-ni Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) satmaq üçün müqavilə bağlayıb. Beləliklə, SOCAR 100% payla layihənin yeganə iştirakçısı oldu.
Qeyd edək ki, son məlumatlara görə, "Qarabağ" layihəsinin icrası üçün ümumi kapital xərcləri təxminən 1,7 milyard dollar təşkil edə bilər.