BAKI, 15 avqust — Sputnik. Sərvəti 235 milyard ABŞ dolları olan amerikalı iş adamı İlon Mask dünyanın ən zəngin insanlarının reytinqinə başçılıq edir.
"Bloomberg Billionaires Index"in yaydığı məlumata görə, ikinci pillədə yenə də "Amazon" onlayn pərakəndə satış şirkətinin qurucusu və keçmiş rəhbəri Ceff Bezos qərarlaşıb. Onun sərvəti 193 milyard ABŞ dolları məbləğində qiymətləndirilir.
Fransanın lüks mallar istehsalçısı LVMH (LVMH Moet Hennessy - Louis Vuitton) şirkətinin sahibi Bernar Arno isə dünyanın ən zəngin adamlarının üçlüyünü tərk edib və dördüncü yeri tutub. Arnonun sərvəti 185 milyard ABŞ dollarıdır.
Üçüncü pilləyə isə sərvəti 188 milyard ABŞ dolları olan Mark Zukerberq yüksəlib.
Beşinci yerdə “Microsoft”un qurucusu Bill Qeyts (154 milyard ABŞ dolları) qərarlaşıb.
Beləliklə, amerikalılar planetin ən zəngin insanlarının ilk beşliyində dörd yeri, ilk onluqda isə doqquz yeri tuturlar.
04.01.24, 20:32
Mask 2023-cü ildə 95,4 milyard dollar zənginləşib
2023-cü ildə sahibkar və SpaceX-in qurucusu İlon Mask 95,4 milyard dollar qazanıb.
Bu barədə “Bloomberg” məlumat yayıb.
İş adamı və alim, medianın məlumatına görə, hələ də dünyanın ən zəngin 500 adamı siyahısında qalır. Mask belə uğura "Tesla" və "SpaceX"-in uğurları sayəsində nail olub.
Təkcə son bir ildə dünyanın ən varlı adamlarının ümumi kapitalı 1,5 trilyon dollar artıb. Məsələn, Mark Zukerberq sərvətini 80 milyard dollar, “Amazon”un qurucusu Ceff Bezos isə 70 milyard dollar artırıb.
Bundan əvvəl məlum olmuşdu ki, “L'Oreal” kosmetika şirkətinin varisi Fransuaza Betankur Meyers 100 milyard dollar sərvəti olan ilk qadın olub.