RUSİYA

FTX Rusiyada növbəti terror aktının qarşısını alıb

Terrorçuların olduğu anbarda kustar üsulla hazırlanmış yandırıcı və partlayıcı qurğular yerindəcə məhv edilib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. FTX Rusiya Daxili İşlər Nazirliyinin Tümen vilayətində yerləşən obyektində terror aktının hazırlanmasının qarşısını alıb. Saxlanılan iki Rusiya vətəndaşından əldəqayırma yandırıcı və partlayıcı qurğular müsadirə edilib. Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi (XM) məlumat yayıb.
Onların olduğu anbarda 2 ədəd kustar üsulla hazırlanmış yandırma qurğusu və 1 ədəd əldəqayırma partlayıcı qurğu aşkar edilərək partlayıcı maddələr üzrə mütəxəssislər tərəfindən yerindəcə məhv edilib.
"Saxlanılanların rabitə cihazlarında PUA-ların, SZU-ların hazırlanmasına dair təlimatlar və onların sınaqlarının video yazıları aşkar edilib" - FSB qeyd edib.