SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan Rusiyaya yeni səfir göndərir

Ermənistanın Rusiya Federasiyasındakı hazırkı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilib.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Ermənistan prezidenti Vaaqn Xaçaturyan Ermənistan parlamentinin hakim "Vətəndaş müqaviləsi" fraksiyasından olan sabiq deputatı Qurgen Arsenyanı Ermənistanın Rusiya Federasiyasındakı səfiri təyin edib. Bu Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Qurgen Arsenyan Ermənistan Respublikasının Rusiya Federasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin" prezidentin saytında dərc edilmiş sərəncamda deyilir.
Avqustun əvvəlində Arsenyan deputat mandatından imtina edib. İyulun ortalarında o, Ermənistanla Rusiya arasında münasibətlərdə kobud kənarları hamarlaşdırmağa, münasibətlərin və ritorika alqoritmini dəyişdirməyə ümid etdiyini bildirib.
Ermənistanın Rusiya Federasiyasındakı hazırkı səfiri Vaqarşak Arutyunyan bu vəzifəyə 2022-ci ilin yanvarında təyin edilib.