RUSİYA

Baş Qərargah Belqorodu qorumaq üçün konkret tədbirlər planı hazırlayıb - Belousov

Belousov bildirib ki, Baş Qərargahın əlavə tədbirlərlə bağlı hazırladığı konkret tədbirlər planının dinlənilməsi planlaşdırılır.
Sputnik
BAKI, 15 avqust — Sputnik. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı Belqorod vilayətini Ukrayna Silahlı Qüvvələrinin hücumlarından qorumaq üçün konkret tədbirlər planı hazırlayıb. Bunu Rusiyanın müdafiə naziri Andrey Belousov bildirib.
Nazir Kursk, Bryansk və Belqorod vilayətlərində sərhədyanı ərazilərdə əhalinin və infrastruktur obyektlərinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə dair növbəti iclas keçirib. Görüş zamanı ərazinin bütövlüyü və toxunulmazlığının təmin edilməsi, habelə Belqorod vilayətində əhalinin və infrastrukturun Ukrayna Silahlı Qüvvələrinin hərbi hissələrinin hücumlarından mühafizəsi üzrə əlavə tədbirlər müzakirə edilib.
"Baş Qərargahın əlavə tədbirlərlə bağlı hazırladığı konkret tədbirlər planının dinlənilməsi planlaşdırılır", - Belousov bildirib.
"Söhbət, ilk növbədə, digər hüquq-mühafizə orqanları və Belqorod vilayətinin administrasiyası ilə qarşılıqlı əlaqədə qoşunların komandanlıq və idarəetmə sisteminin səmərəliliyinin artırılmasından, məsul vəzifəli şəxslərin müəyyən edilməsindən, əsas vəzifələri yerinə yetirmək üçün əlavə qüvvə və vasitələrin ayrılmasından gedir", - müdafiə naziri vurğulayıb.
Belousov qeyd edib ki, təqdim olunan planın icrasına şəxsən nəzarət edəcək.