HƏRBİ

ABŞ və Fransa donanmaları Filippin dənizində təlimlər keçirib

Təlimlər zamanı gəmilər birgə manevrlər həyata keçiriblər və dənizdə yanacaq doldurulmasını imitasiya ediblər.
Sputnik
BAKI, 15 avqust — Sputnik. ABŞ və Fransa donanmaları Filippin dənizinin sularında birgə təlimlər keçirib. Bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Yeddinci Donanmasının məlumat yayıb.
Təlimlər avqustun 13-də baş tutub. Qeyd olunur ki, təlimlərə ABŞ-ın "USS Dewey" esminesi (DDG-105) və Fransanın çoxməqsədli "FS Bretagne" freqatı (D655) cəlb olunub.
ABŞ-ın 7-ci donanmasının komandanı, Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı Fred Kaçer bildirib ki, ABŞ-ın 7-ci Donanması mütəmadi olaraq Hind-Sakit Okean regionunda müttəfiqləri və tərəfdaşları ilə qarşılıqlı fəaliyyətimizi yaxşılaşdırmaq üçün addımlar atır.
Bəyanatda əlavə olunur ki, təlimlər zamanı gəmilər birgə manevrlər və birləşmiş əlaqəni həyata keçirib, həmçinin dənizdə yanacaq doldurulmasını imitasiya ediblər.