BAKI, 14 avqust — Sputnik. Ukrayna lideri Vladimir Zelenski Qərb ictimaiyyətini Rusiyanın nəzarətində olan ərazilərdə yerləşən Zaporojye atom elektrik stansiyasına hücumların Rusiya hərbçiləri tərəfindən həyata keçirildiyinə inandırmağa çalışır.
Bunu irlandiyalı jurnalist Çey Bouz deyib.
"Zelenski və onun ağılsız dəstəsi hazırda bizə deməyə çalışır ki, guya Rusiya öz-özünü - nəzarət etdiyi yeganə nüvə obyektini bombalayır. Halbuki, RF öz nəzarətində olmayan əraziləri asanlıqla məhv edə bilər" – Bouz X* sosial şəbəkəsində yazıb.
Bouz vurğulayıb ki, Kiyevin hərəkətləri "miskin" görünür.
Bundan əvvəl Rusiya Federasiyasının Vyanadakı beynəlxalq təşkilatlardakı nümayəndəsi Mixail Ulyanov bildirib ki, Kiyev Rusiya Silahlı Qüvvələrini Zaporojye AES-ə hücumda ittiham edir.
Xatırladaq ki, avqustun 11-də Kiyev PUA-dan istifadə edərək Zaporojye AES-in soyutma avadanlığına zərbə endirib. Nəticədə hücum zamanı zədələnmiş soyutma qülləsi içəridən yanıb.