BAKI, 14 avqust — Sputnik. Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiya regionlarında uşaqlara qarşı hücumlarda xüsusi olaraq pilotsuz təyyarələrdən (PUA, dron) istifadə edirlər.
Bu barədə avqustun 14-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik məlumat verib və bunu "ən dəhşətli hadisələrdən" biri adlandırıb.
"Uşaqlar pilotsuz təyyarələrin hücumlarının qurbanına çevrilirlər. Ukraynalı operator bir qrup uşağın öz həyətində oynadığını, yaxınları ilə maşında getdiyini və ya anasının əlindən tutaraq gəzdiyini görəndə silah sursatını işə salır", diplomat bildirib.
Miroşnik qeyd edib ki, 2024-cü il yanvarın 1-dən indiyədək 11 sərhəd bölgəsində Ukrayna ordusunun pilotsuz təyyarələrdən istifadə etməsi nəticəsində ən azı 43 yetkinlik yaşına çatmamış və 34 uşaq yaralanıb, 9 uşaq isə həyatını itirib. Diplomatın sözlərinə görə, ən azı 723 mülki şəxs yaralanıb.
Xatırladaq ki, Rusiya Müdafiə Nazirliyi avqustun 14-nə keçən gecə hava hücumundan müdafiə sistemlərinin Ukrayna ordusunun 117 dronunu və 4 "Toçka-U" raketini Rusiya ərazisi üzərində məhv etdiyini bildirib.