DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Rusiyadan ağac gətirilməsinə qadağa Finlandiyada taxta sənayesi böhranına səbəb olub

Rusiyadan ağac idxalına qadağa qoyulduqdan sonra Finlandiya şirkətləri 2,8 milyon kubmetr odun, 4,8 milyon emal olunmamış taxta və 0,5 milyon taxta-şalban itirib ki, bu da ümumilikdə 8 milyon kubmetrdən çoxdur.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Finlandiyada meşə sənayesində böhran başlayıb. Rusiyadan ağac idxalına qadağa qoyulduqdan sonra ölkədə bu resursun çatışmazlığı yaranıb.
"RİA Novosti" bu barədə xəbər verib.
Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin "Beynəlxalq Biznes" kafedrasının dosenti Anastasiya Prikladovanın sözlərinə görə, Finlandiya şirkətləri 2,8 milyon kubmetr odun, 4,8 milyon emal olunmamış taxta və 0,5 milyon taxta-şalban itirib ki, bu da ümumilikdə 8 milyon kubmetrdən çoxdur.
Rusiya idxalından imtina daxili bazarda ağac qiymətlərinin kəskin artmasına səbəb olub. Günlük qiymətlər, demək olar ki, ağac kimi hazır məhsulların dəyərinə uyğun olaraq, 15 ilin ən yüksək səviyyəsinə çatıb. Eyni zamanda istehsal həcmi 12 milyon kubmetrdən 10 milyon kubmetrə qədər azalıb.
2023-cü ilin nəticəsinə görə, Finlandiya daxili ehtiyatlardan, təxminən 69-73 milyon kubmetr ağac toplayıb ki, onun da böyük hissəsi istilik üçün istifadə edilib.
Bundan əvvəl Finlandiya Rusiya ilə sərhəddə qaçqınların qəbulunu məhdudlaşdıran qanun qəbul edib.