BAKI, 14 avqust — Sputnik. Rusiya çoxsaylı anti-Rusiya sanksiyalarına baxmayaraq, ÜDM-in artımı baxımından ən zəngin ölkələri geridə qoyub.
Bunu ABŞ-dan olan jurnalist Cekson Hinkl bildirib. Bu barədə o, X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb*.
"Rusiya qalib gəlir! Sərt sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı durmadan artır. ÜDM üç faiz artıb. Bu, demək olar ki, bütün zəngin ölkələrdə olduğundan çoxdur" - jurnalist vurğulayıb.
Daha əvvəl bildirilmişdi ki, iki il ərzində anti-Rusiya sanksiyaları dövründə dost olmayan ölkələrin idxalçıları Rusiyadan 256 milyard dollardan çox (təxminən 21 trilyon rubl) az mal alıblar. Rusiya Federasiyası eyni malları başqa dövlətlərə göndərib və, təxminən 31 milyard dollar (5 trilyon rubl) qazanıb.
ABŞ prezidentliyinə namizəd Robert Kennedi qeyd edib ki, ABŞ-ın Rusiyaya qarşı sanksiyaları nəticə vermir, Rusiya iqtisadiyyatını ancaq gücləndirir.