BAKI, 14 avqust — Sputnik. Hazırda Rusiya Federasiyası əhalinin gəlir səviyyəsi yüksək hesab edilən ölkələrdən biridir.
"TASS" bu barədə Rusiya Maliyyə Nazirliyinin rəhbəri Anton Siluanova istinadən xəbər verib.
"Bu gün biz yüksək gəlir səviyyəsinə malik ölkələr sırasındayıq. Bu, mövcud dörd dərəcənin ən yüksək göstəricisidir" - nazir "Fikirlərinn ərazisi" Ümumrusiya Gənclər Təhsil Forumunda çıxışı zamanı bəyan edib.
Siluanov, həmçinin qeyd edib ki, Rusiya Federasiyası Çin, Hindistan və ABŞ-ın da daxil olduğu alıcılıq qabiliyyəti paritetinə görə iqtisadi inkişafda dörd dünya lideri sırasındadır.
Xatırladaq ki, iyulun əvvəlində Rusiya Federasiyasının Dünya Bankı tərəfindən yüksək gəlir səviyyəsinə malik ölkə kimi tanındığı məlum olmuşdu. Bankın məlumatına görə, hər bir rusiyalıya 14,25 min dollar ümumi gəlir düşür.