BAKI, 14 avqust — Sputnik. Qeydiyyatı olmayan suriyalı qaçqınlar Türkiyədə təhlükəsizlik problemi yaradır, əsl rəqəmi açıqlamaq çətindir. Bunu türkiyəli analitik Engin Özer RİA Novosti-yə bildirib.
"Sabah" qəzeti daxili işlər naziri Əli Yerlikaya istinadən yazıb ki, Türkiyədə üç milyondan çox suriyalı qeydiyyatdadır. Onun sözlərinə görə, 2022-ci ilin iyun ayından etibarən Türkiyədə bir dənə də olsun yeni suriyalı qeydə alınmayıb və qeyri-qanuni miqrasiyaya qarşı sərhəd boyu 911 kilometrlik divar tikilib.
"3 milyon qeydiyyatdan keçmiş suriyalı qaçqının olduğu bir həqiqətdir, lakin daha böyük problem qeydiyyatdan keçməyənlərdir. Müxalifətin fikrincə, Türkiyədə ən azı daha dörd milyon qeydiyyatsız qaçqın var. Hər iki tərəfdə eal rəqəmin nə olması ilə bağlı ciddi şübhələr var" - Özer bildirib.
Onun sözlərinə görə, qaçqınlara pulsuz tibbi xidmət göstərilməsi dövlət xəstəxanalarında ciddi problemlər yaradıb, ağır miqrasiya mənzillərin və mağazaların kirayə haqqının artmasına və iqtisadiyyata mənfi təsir göstərib.
"Qeydiyyatdan keçməyən qaçqınların gəlişi bəzi təhlükəsizlik problemlərinə səbəb olub və bəzi ekstremist qruplar bu məsələdən sui-istifadə edir" - ekspert əlavə edib.