RUSİYA

Qarabağdan olan erməni uşaqlar Rusiyanın "Şimal Artek"inə niyə aparılıb?

"Rossotrudniçestvo"nun nümayəndəliyi valideynlərlə söhbət edərək, onları müşayiət edən iki nəfərə və Qarabağdan olan uşaqlara təlimatlar veriblər.
Sputnik
BAKI, 14 avqust — Sputnik. Qarabağı könüllü tərk etmiş erməni ailələrindən olan bir qrup uşaq Arxangelsk vilayətindəki "Şimali Artek"ə istirahətə yollanıb.
"Bu gün səhər tezdən "Aeroflot"un reysi ilə İrəvandan və Ermənistanın digər rayonlarından Qarabağı könüllü tərk etmiş erməni ailələrindən 14 uşaq istirahət üçün Rusiyaya - "Şimali Artek"ə uçub. Onları valideynləri və Ermənistandakı Rossotrudniçestvo nümayəndələri yola salıblar", - məlumatda deyilir.
Nümayəndəliyin rəhbəri Vadim Fefilov, onun müavinləri Viktoriya Deripasko və Yekaterina Andreyeva valideynlərlə söhbət edərək, onları müşayiət edən iki nəfərə və Qarabağdan olan uşaqlara təlimatlar veriblər. Qeyd olunur ki, Moskva Şeremetyevo hava limanında uşaqlar Arxangelskə uçuş üçün dörd saat gözləyəcəklər, ona görə də Rublev biznes zalında gözləmə müddəti ilə bağlı uşaqlar üçün artıq ödəniş edilib.
"İstirahət mərkəzində uşaqları kvestlər və maarifləndirici əyləncələrlə orijinal layihələr gözləyir. Proqram "Rossotrudniçestvo"nun Ermənistandakı nümayəndəliyi və Şuranın icraçı direktoru Kirill Krınjin təmsil etdiyi Regional və Bələdiyyə Əməkdaşlıq Şurası, Arxangelsk vilayəti hökumətinin, "Şimal Artek" Uşaq İstirahət Mərkəzinin rəhbərliyinin dəstəyi ilə həyata keçirilir", - mətbuat xidməti bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycan torpaqlarına iddiası nəticəsində başlayıb. Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Qarabağ üzrə üçtərəfli bəyanatı 2020-ci il noyabrın 10-da imzalanıb. Bəyanata əsasən, Dağlıq Qarabağ münaqişə zonasında 2020-ci il noyabrın 10-u saat 00:00-dan etibarən bütün hərbi əməliyyatların dayandırılması və tam atəşkəs barədə razılaşıblar.
2023-cü ilin sentyabrında Azərbaycan ordusu tərəfindən Qarabağda separatçı qüvvələrə qarşı lokal xarakterli antiterror əməliyyatı keçirilib. Bir günə yaxın davam etmiş əməliyyat nəticəsində separatçılar Azərbaycanın tələblərini qəbul ediblər. Separatçıların lideri Samvel Şahramanyan tərəfindən 2024-cü il yanvarın 1-dən qondarma qurumun özünü ləğv etdiyi elan edildi. Sentyabrın 24-dən ayın sonuna kimi azərbaycan vətəndaşlığını qəbul etməkdən imtina edən onminlərlə erməni bölgəni könüllü şəkildə tərk edib.