BAKI, 14 avqust — Sputnik. Böyük Britaniya Ukrayna tərəfinin "Storm Shadow" uzaqmənzilli raketlərindən istifadə edərək Kursk bölgəsinə hücum etməsinə icazə verməyib.
Bu məlumatı "The Daily Telegraph" qəzetinin müəllifləri açıqlayıb.
KİV-in məlumatına görə, aktiv fəaliyyət başlayandan sonra da Londonun bu məsələdə mövqeyi dəyişməyib. Ölkə Kiyev rejimini silah və hərbi texnika ilə təmin edir ki, "özünü müdafiə edə bilsin".
"Biz aydın şəkildə bildiririk ki, avadanlıq Ukraynanın müdafiəsi üçün nəzərdə tutulub" - Britaniya rəsmiləri qeyd ediblər.
Daha əvvəl hücum zamanı Ukraynanın başqa ölkələrin avadanlıqlarından istifadə etdiyi bildirilmişdi. Məsələn, əsgərlər Alman" Wiesent" mühəndis tankından istifadə ediblər.