AZƏRBAYCAN XƏBƏRLƏRİ

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib

Əlavə qatarlar avqustun 17-də saat 09:15-də Bakıdan- Ağstafaya, avqustun 18-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Sputnik
BAKI, 14 avqust — Sputnik. "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. Bu barədə ADY məlumat yayıb.
Məlumata görə, əlavə təyin edilən qatarlar avqustun 17-də saat 09:15-də Bakıdan- Ağstafaya, avqustun 18-də saat 15:00-da isə Ağstafadan-Bakıya yola düşəcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin saytından (www.ady.az) və ya "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.