BAKI, 14 avqust — Sputnik. Avropa Ukraynaya hərbi dəstək variantları ilə bağlı ciddi müzakirələr aparmır və Kiyevə yardımın ötürülməsini sürətləndirmək istəmir və hazırkı dəstək səviyyəsində Ukraynanın ortamüddətli perspektivdə münaqişədə qalib gəlmək şansı yoxdur. Bu barədə "Times" nəşri yüksək rütbəli avropalı məmura istinadən yazır.
Nəşr qeyd edir ki, Aİ-də avropalıların Ukraynanı silahlandırması üçün real yardım variantları ilə bağlı ciddi müzakirələr aparılmır.
"Variantlar haqqında heç bir əsaslı müzakirələr yoxdur" - rəsmi bildirib.
Nəşr onu da qeyd edir ki, Qərbin Ukraynaya hərbi yardımı və səfərbərliyinin hazırkı səviyyəsi ilə Kiyevin ortamüddətli perspektivdə qalib gəlmək imkanı yoxdur.
Aİ liderləri fevralın 1-də Brüsseldə keçirilən xüsusi sammitdə bir sıra sərt şərtlərlə Ukraynaya 2027-ci ilə qədər olan dövr üçün 50 milyard avro məbləğində maliyyə yardımı fondu yaratmaq barədə siyasi qərar qəbul ediblər. Onlar həmçinin Kiyevin maliyyələşdirilməsinin hər il razılaşdırılaraq təsdiqlənəcəyi mexanizm və hesabatların hazırlanması barədə razılığa gəliblər.
Martın sonunda Ukrayna hökuməti dörd illik proqram çərçivəsində Aİ-dən 50 milyard avroluq maliyyə yardımı almaq üçün lazım olan planı təsdiqlədiyini bildirdi.
Mayın ortalarında Aİ Şurası Ukrayna üçün yardım planını təsdiqləyib və bu, Kiyevə Avropa İttifaqından maliyyə yardımı almaq imkanı verib.