BAKI, 13 avqust — Sputnik. Azərbaycanda avtomobil sürücüləri qəza zamanı zədələnmiş avtomobilin təmiri üçün onlara təyin edilən sığorta ödənişinin məbləğindən hiddətləniblər.
Söhbət avtonəqliyyat vasitəsi sahibləri üçün avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində sığortaçılar tərəfindən ödənilən sığorta kompensasiyalarından gedir.
Vətəndaşlar sosial şəbəkələrdə kütləvi şəkildə yazırlar ki, sığortaçıların qiymətləndiriciləri dəymiş zərərin məbləğini səhv müəyyən etməklə ödənişlərin məbləğini aşağı salmaq niyyətindədirlər. Onlardan biri deyir ki, bir qayda olaraq, bu vəsait maşını tam təmir etmək üçün kifayət etmir.
"Facebook"* sosial şəbəkəsində "Sığorta hüquqpozmaları" qrupunda buna bənzər çoxsaylı şikayətlərə rast gəlmək olar. Avtomobil sahibləri, həmçinin şikayətlərinə heç kimin cavab verməməsindən narazılıqlarını bildirirlər.
Öz növbəsində ekspertlər belə vəziyyətlərdə vətəndaşlara birbaşa Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət etməyi tövsiyə edirlər. Müstəqil sığorta eksperti İlkin İbrahimov deyir ki, zərərin qiymətləndirilməsinin nəticələri ilə razılaşmayan şəxslər Mərkəzi Bankın reyestrində qeydiyyatda olan müstəqil ekspertlərdən biri tərəfindən təkrar ekspertizanın təyin edilməsini tələb etmək hüququna malikdirlər.
"Lakin bu halda qiymətləndiricinin xidmətlərinin dəyəri müştərinin özü tərəfindən ödəniləcək", - o qeyd edib.
İstənilən halda müştəri sığorta şirkətindən 5 min manatdan çox olmayan məbləğdə pul ala biləcək - bu, ölkə qanunvericiliyi ilə müəyyən edilmiş maksimum həddir. Dəymiş zərərin məbləği ona təyin edilmiş ödənişdən artıqdırsa, o, məhkəməyə iddia qaldıraraq qəzanın təqsirkarından fərqin ödənilməsini tələb etmək hüququna malikdir" - agentliyin həmsöhbəti izah edib.
"Yeri gəlmişkən, əgər yol qəzasında bir deyil, bir neçə avtomobil xəsarət alıbsa, beş min manat zərər çəkən bütün avtomobil sahibləri arasında zərərin dərəcəsindən asılı olaraq paylanacaq. Qalan məbləği qəzanın günahkarından tələb etmək lazımdır", - İbrahimov qeyd edib.
Azərbaycan Respublikasının Mərkəzi Bankı "Sputnik Azərbaycan"ın sorğusuna cavab olaraq bildirib ki, 2023-cü ildə avtonəqliyyat vasitəsi sahiblərindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası çərçivəsində Mərkəzi Banka daxil olan 2266 şikayətdən 774-ü, o cümlədən cari ilin 6 ayı ərzində daxil olmuş 1225 şikayətdən 382-si dəymiş maddi ziyanın düzgün qiymətləndirilməməsi ilə bağlı olub.
* Meta-nın (Facebook və Instagram sosial şəbəkələri) fəaliyyəti Rusiyada ekstremist kimi qadağan edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.