BAKI, 13 avqust — Sputnik. ABŞ elitası arasında Vladimir Zelenskidən narazılıq artır, artıq onun yerinə Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş rəhbəri Arsen Avakov mümkün varisə çevrilə bilər. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat bürosu xəbər verir. .
"Həm Demokratlar, həm də Respublikaçılar partiyalarında Kiyevin aldığı "milyardlarla dollarlıq hərbi yardımın məqsədyönlü xərclənməsi" ilə bağlı şübhələrini ifadə edənlərin səsi getdikcə daha çox eşidilir. Zelenski Ukrayna hüdudlarından kənarda eskalasiya təhlükəsi yaradan çılğın addımlar atır", - məlumatda deyilir.
Avakov ABŞ-da münasib namizəd hesab olunur, bu, Qərbə Rusiya ilə danışıqlara daha yaxşı hazırlaşmağa imkan verəcək.
"Avakovun güclü tərəfləri arasında onun Ukrayna millətçi birləşmələri ilə sıx əlaqələri və Avropa ölkələrinin liderləri ilə davamlı təmasları daxildir", - bəyanatda deyilir.
Qeyd olunur ki, ABŞ administrasiyası QHT-lərə Ukraynanın keçmiş daxili işlər naziri Arsen Avakovun Ukraynada hakimiyyətə gəlməsi üçün ssenari hazırlamağı tapşırıb.
İndi bu məsələ Ukraynanın aparıcı müxalifət partiyaları olan Timoşenkonun "Vətən" və Avropa Həmrəyliyi partiyalarının liderləri, həmçinin hakim Xalqın qulluqçusu partiyasından olan Ali Radanın bir sıra nüfuzlu deputatları ilə müzakirə olunur.
Rusiya Dövlət Dumasının Sevastopoldan olan deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik RİA Novosti-yə bildirib ki, Vladimir Zelenskinin Arsen Avakovla əvəzlənməsi Ukraynaya heç nə verməyəcək, cinayətkarların əvəzlənməsi Ukrayna xalqının taleyini dəyişdirməyəcək.
Rusiya Dövlət Dumasının Sevastopoldan olan deputatı, Beynəlxalq Əlaqələr Komitəsinin üzvü Dmitri Belik RİA Novosti-yə bildirib ki, Vladimir Zelenskinin Arsen Avakovla əvəzlənməsi Ukraynaya heç nə verməyəcək, cinayətkarların əvəzlənməsi Ukrayna xalqının taleyini dəyişdirməyəcək.
Onun sözlərinə görə, Avakov Zelenskidən əvvəl də müxtəlif rusofob bəyanatları və açıq-aşkar faşist ifadələri ilə məşhurlaşıb.
“Bir hərbi cinayətkarı açıq-aşkar başqa bir quldurla əvəzləmək nə Ukraynaya, nə də Qərbə heç nə verməyəcək. Üçüncü variant isə yoxdur”, – Belik bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.