BAKI, 13 avqust — Sputnik. Sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı inamla inkişaf etməkdə davam edir, digər ölkələr isə tənəzzüldədir.
Bu barədə Rusiya mediası "The Economist" nəşrinə istinadən xəbər verib.
"Amerika və Kanadada işsizlik artır, istehlakçı əhval-ruhiyyəsi isə zəif olaraq qalır. Avropa tənəzzüllə məşğul olmağa davam edir. Tədbiq edilən sərt sanksiyalara baxmayaraq, Rusiya iqtisadiyyatı inamla inkişaf edir" - nəşr yazıb.
Jurnalın müəllifləri vurğulayırlar ki, 2024-cü ilin nəticələrinə görə Rusiyanın ÜDM-i real olaraq 3%-dən çox artacaq. Rusiya Federasiyasında artım tempi zəngin ölkələrin 95%-dən yüksəkdir. Bundan əlavə, Rusiyada işsizlik tarixi minimuma yaxındır, rubl isə özünü güclü hiss edir.
Məqalədə qeyd olunur ki, Rusiyada xüsusi hərbi əməliyyat (XHƏ) iştirakçılarına və onların ailə üzvlərinə əhəmiyyətli dəstək göstərilir. Pensiyalar da mütəmadi olaraq indeksləşdirilir. Böyük infrastruktur layihələrinin həyata keçirilməsinə də böyük vəsait xərclənir.
Dünya Bankının iyul ayında verdiyi məlumata görə, Rusiya ötən il öz mövqeyini qoruyub saxlayıb və dünyanın dördüncü iqtisadiyyatı olaraq qalıb, onun alıcılıq qabiliyyəti paritetinə görə ÜDM-i təxminən 8% artıb.