DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Qazaxıstanın yarımillik uran istehsalının həcmi açıqlandı: əsas alıcılar isə 4 ölkədir

Dünya uran istehsalının təxminən 40%-i Qazaxıstanın payına düşür.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Qazaxıstan 2024-cü ilin birinci yarısında 11 min ton uran hasil edib və 8 min ton satıb. Bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşü zamanı Milli Atom Şirkəti "Kazatomprom" ASC-nin İdarə Heyətinin sədri Meirjan Yusupov bildirib.

"Hesabat dövründə uranın istehsalı və satışı müvafiq olaraq təxminən 11 və 8 min ton təşkil edib", - Yusupov bildirib.

Yusupov həmçinin Tokayevə ölkənin mineral-xammal bazasının genişləndirilməsi və təmil edilməsi üzrə həyata keçirilən layihələr, habelə milli şirkətin geoloji kəşfiyyat aktivləri portfelinin daha da genişləndirilməsi planları barədə məlumat verib.
Qazaxıstan Energetika Nazirliyinin məlumatına görə, 2009-cu ildə Qazaxıstan uran istehsalına görə dünyada birinci yerə çıxıb və dünya bazarında lider mövqeyini qoruyub saxlamaqda davam edir. Dünya uran istehsalının təxminən 40%-i Qazaxıstanın payına düşür.
Qeyd olunur ki, 2022-ci ilin sonunda uran istehsalının həcmi 21,3 min ton olub. Hazırda Qazaxıstanda hasil edilən bütün uran dünya bazarına, ilk növbədə Rusiya, Çin, Fransa Kanadaya ixrac edilir.
Xatırladaq ki, ötən ilin noyabrında Fransa Prezidenti Emmanuel Makron Qazaxıstana rəsmi səfər edib. makronun görüşlərində Fransanın “Electricite de France S.A.” (EDF) şrkətinin Qazaxıstanda Atom Elektrik Stansiyasının inşasında iştirak etməsinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.