BAKI, 13 avqust - Sputnik. Bu günkü oyuna şanslar 55-in 45-ə “Ludoqorets”-in tərəfindədir, baxmayaraq ki, komanda keyfiyyəti baxımından “Qarabağ” bir addım öndədir. Bunu Sputnik Azərbaycan-a idman mütəxəssisi Kənan Məstəliyev deyib.
Onun sözlərinə görə, “Ludoqorets” çox təcrübəli, uğur qazanmağın yolunu bilən komandadır. Ekspert bildirib ki, necə ki, “Qarabağ” 11 ildir, qrup mərhələsini təmin edibdir, eyni şeyi də rəqib etməyi bacarıb.
İdman mütəxəssisinin fikirincə, “Ludoqorets” Bolqarıstanın “Qarabağ”ıdır. Ona görə də sanki, daş qayaya rast gəlib.
“Klubumuz göstərdi ki, bu, birinci oyundur və bunun sonrası da var. Düşünürəm ki, “Qarabağ” rəqibi 3 top fərqi ilə yenə də bilər və hər bir halda biz hücuma keçməliyik”, - Məstəliyev bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.