RUSİYA

Parisdəki Olimpiadanın bağlanış mərasimi açıq-aşkar satanizmdir - Zaxarova

Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Paris Yay Olimpiya Oyunlarının bağlanış mərasimini sərt tənqid edib.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Parisdəki Olimpiadanın bağlanış mərasimi açıq-aşkar satanizmdir və bunun oyunların açılışından da pisdir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.

"Parisdə Olimpiya Oyunlarının açılışından daha pis olan tək şey onun bağlanışı ola bilərdi. Dürüstlüyünüz üçün təşəkkür edirəm. Nə pərdələdiniz, nə də eyham etdiniz. Hər şey açıqdır: Cəhənnəm mələyi insanları zombilərə çevirir, getdikcə daha az vaxtı qalan bəşəriyyəti öz iradəsinə tabe edir. Məqalələri və rəyləri oxuyuram çoxları gördüklərinin fərqindədir", - Zaxarova yazıb.

XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi
"Heç kimin ağlına belə gəlmir ki, belə açıq-aydın satanizmə qarşı öz sevimli arqumentini irəli sürsün: “Hamınız yalan danışırsınız”, - diplomat qeyd edib.
Parisdə Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçirilib. 15 rusiyalının Oyunlarda iştirakına icazə verilib. BOK-un qərarı ilə idmançılar neytral statusda, Rusiya bayrağı və himni olmadan yarışıblar və onların mükafatları medal cədvəlində göstərilməyib.
Növbəti Yay Olimpiya Oyunlarının 2028-ci ildə Los-Ancelesdə keçirilməsi planlaşdırılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.