NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

OPEC-in tələb ilə bağlı proqnozu nefti ucuzlaşdırır

Bununla yanaşı, investorlar son geosiyasi gərginliklərə də diqqət yetirirlər. Yaxın Şərqdə münaqişənin böyüməsi qlobal neft ehtiyatlarına çıxışı çətinləşdirə və qiymətləri artıra bilər.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Dünya bazarlarında neft qiymətlərində ucuzlaşma müşahidə edilir. Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-cü il üçün qlobal tələb artımı ilə bağlı proqnozunu aşağı salıb. Bu proqnozun verilməsinin əsas səbəbi Çində tələbin aşağı düşəcəyi gözləntiləridir.
Bu narahatlıq fonunda neft qiymətləri beş günlük qazanc ardıcıllığını qıraraq bu gün aşağı düşüb. Bununla yanaşı, investorlar son geosiyasi gərginliklərə də diqqət yetirirlər. Yaxın Şərqdə münaqişənin böyüməsi qlobal neft ehtiyatlarına çıxışı çətinləşdirə və qiymətləri artıra bilər.
"Brent" markalı neft 78 sent ucuzlaşaraq 81,52 dollar, ABŞ-nin Qərbi Texas ("WTI") nefti 73 sent azalaraq 79,33 dollar olub.
"Azeri Light" markalı Azərbaycan neftinin qiyməti isə 1,28 dollar artaraq 84,66 dollar təşkil edib.
Dünən "Brent" markalı neft 3%-dən çox, "WTI" markalı neft 4%-dən çox bahalaşıb.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 75 dollardan hesablanıb. "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.