RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Kiyev Qərbin dəstəyi ilə terror aktı həyata keçirib - Bortnikov

Kursk, Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyatı Rejimi tətbiq olunur.
Sputnik
BAKI, 13 avqust — Sputnik. Kiyev kollektiv Qərbin dəstəyi ilə Kursk vilayətində terror aktı həyata keçirib, onun hədəfləri mülki əhali və mülki obyektlər olub, Rusiya Milli Antiterror Komitəsinin (MAK) sədri, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikov deyib.
Avqustun 13-də Moskvada Bortnikovun rəhbərliyi ilə MAK-ın iclası keçirilib. İclasda Rusiya Federasiyasının müvafiq qurumlarının terror hücumlarını dəf etməyə hazırlığının artırılması məsələləri, habelə xüsusi hərbi əməliyyat kontekstində terror təhlükələrinin qarşısının alınması üzrə prioritet vəzifələr müzakirə edilib.

"İclası açan Bortnikov qeyd edib ki, Kiyev rejimi kollektiv Qərbin dəstəyi ilə Kursk vilayətində terror aktı həyata keçirib, hədəfləri mülki əhali və mülki obyektlər olub", - məlumatda bildirilir.

Kursk, Belqorod və Bryansk vilayətlərində vətəndaşların təhlükəsizliyini təmin etmək üçün Antiterror Əməliyyatı Rejimi tətbiq olunur.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib. General qeyd edib ki, onların Rusiya ərazisinə doğru irəliləməsi dayandırılıb.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi onu da vurğulayıb ki, Kursk vilayətində əməliyyat düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışla başa çatacaq.
Valeri Gerasimov
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna Silahlı Qüvvələri 2 gün ərzində artıq 660 hərbi qulluqçu və 82 zirehli texnika, o cümlədən 8 tank, 12 zirehli transportyor, 6 piyada maşını və 55 zirehli texnika itirib.
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyəti şərh edərkən Kiyev rejiminin növbəti genişmiqyaslı təxribata əl atdığını və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açdığını bəyan edib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində sərhəd bölgəsinə hücumundan sonra, xüsusən də terror aktı və qətllər ilə bağlı iş açılıb. Rusiya müstəntiqləri bölgədəki mülki hədəflərə zərbələr endirmək əmrini verən və yerinə yetirən Ukrayna hərbçilərinin kimliyini müəyyənləşdirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.