BAKI, 13 avqust — Sputnik. Şimali Koreya lideri Kim Çen In Ağ Evin hazırkı sahibi Co Baydeni sevmir və onu axmaq insan hesab edir. Bu barədə Rusiya mediası ABŞ-ın sabiq Prezidenti Donald Trampın söylədiklərinə istinadən xəbər verib.
"Kim Çen Inla yaxşı yola gedirdik. Yeri gəlmişkən, Şimali Koreyada əsl lider odur. Bilirsiniz, çoxları soruşdurdu ki, doğrudan da belə düşünürsən? İcazə verin deyim: mən sizin qəbul etmək istəmədiyiniz şeyləri görmüşəm", - Tramp "X" sosial şəbəkəsində İlon Maska verdiyi müsahibədə deyib.
Tramp həmçinin əlavə edib ki, Kim Çen Inın Baydendən xoşu gəlmir. O, Ağ Evin hazırkı sahibini axmaq adam hesab edir və bunu ifadə edir. Əsas odur ki, o, nə düşündüyünü deyir.
ABŞ-ın sabiq prezidenti nailiyyətlərini onun hakimiyyəti dövründə dünya liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putinlə yaxşı münasibətlərdə olduğu ilə əlaqələndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.