BAKI, 13 avqust — Sputnik. "Son aylar ölkənin bir sıra bölgələrində, xüsusilə dağlıq və dağətəyi rayonlarda müşahidə olunan yağıntılı hava şəraiti respublikanın şimal bölgəsində, o cümlədən Lahıc-Dəmirçi-Şamaxı yolunda və digər avtomobil yol infrastrukturunda müəyyən fəsadlara səbəb olub". Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, növbəti günlərdə də Azərbaycanın əksər bölgələrində yağıntılı hava şəraiti gözlənilir.
Onun sözlərinə görə, yağıntıların arabir leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var:
"Bu səbəbdən əhaliyə müraciət edirik ki, sinoptiklər tərəfindən verilən xəbərdarlıqlara diqqət yetirsinlər və ehtiyat tədbirlərini unutmasınlar. Mövsümlə əlaqədar olaraq bölgələrə istirahət üçün üz tutan vətəndaşlardan mümkün qədər fəsad yaranmış yollardan deyil, alternativ yollardan istifadə etmələri xahiş olunur".
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.