BAKI, 13 avqust - Sputnik. Rusiyada Dağıstan-Azərbaycan nəqliyyat və logistika aqromərkəzi açılıb. Bu barədə regional ixraca dəstək mərkəzinin mətbuat xidməti məlumat yayıb.
“Dağıstanda “S.R.Plast” Dağıstan-Azərbaycan birgə müəssisəsinin rəsmi açılışı olub. Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində əvvəllər bağlanmış sazişlər çərçivəsində tərəflər nəqliyyat və logistika aqromərkəzinin tikintisi layihəsini birgə həyata keçirməyə başlayıblar”, - məlumatda deyilir.
Aqromərkəz Dərbənd rayonunda yerləşir və kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu kameralar və qablaşdırma sistemi daxildir.
“Bu gün Dağıstan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişafında əsas həlqədir, onun çərçivəsində region yük dövriyyəsinin böyük artımına hazırlaşır. Bu aqromərkəzin federal magistral yoluna yaxın yerdə yerləşməsi onun gələcək fəaliyyətinə faydalı təsir göstərəcək", - Dağıstan hökumətinin sədr müavini Rizvan Qazimaqomedov obyektin açılış mərasimində deyib.
Onun sözlərinə görə, bundan sonra region fermerləri hazır məhsulu və kənd təsərrüfatı bitkilərinin məhsulunu saxlamaq imkanı əldə edəcəklər,
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.