BAKI, 13 avqust — Sputnik. Belarus Silahlı Qüvvələrinin raket qüvvələri və artilleriya bölmələrinin ekipajları döyüş istifadəsi məsələlərini öyrənmək üçün Rusiya poliqonuna yola düşür. Bu barədə Belarus Müdafiə Nazirliyi məlumat verib.
"Belarus Respublikası Silahlı Qüvvələrinin raket qüvvələri və artilleriya bölmələrinin ekipajları döyüş tətbiqi məsələlərini öyrənmək üçün Rusiya Federasiyasının poliqonuna yola düşüb", - nazirliyin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Qeyd olunur ki, birgə təlim zamanı Belarus Respublikası Silahlı Qüvvələrində istifadədə olan raket sistemləri və reaktiv yaylım atəşi sistemlərindən döyüş atışları ilə raket zərbələrinə nəzarət təlimi keçiriləcək.
Bundan əvvəl Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının hərbi qulluqçuları canlı atəşlə birgə əməliyyat-taktiki təlimdə iştirak etmək üçün Rusiya Federasiyasına gəliblər.
"Aşuluk" poliqonunda baş tutacaq təlim şəxsi heyətin nizamının səviyyəsini yüksəldəcək, həmçinin zenit və hava döyüşlərinin aparılmasının yeni taktika və üsulları məşq ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.