Toplaşanlar onların xatirəsini ehtiramla yad edib, abidə önünə gül dəstələri düzüblər. Tədbir Beynəlxalq Xəzər Gününə həsr olunub. 1857-ci ildə "Quba" gəmisinin qəzaya uğraması nəticəsində 22 ekipaj üzvü həlak olub, 57 nəfər sağ-salamat xilas edilib.
Onlar Həştərxandan göndərilən Xəzər Astronomiya və Hidroqrafik Ekspedisiyasının himayəsi altında Xəzər dənizinin tədqiqi ilə məşğul olublar. Onun məqsədi Xəzər dənizini hərtərəfli və tam təsvir etmək və onun ətraflı xəritəsini tərtib etmək olub.
Lakin həmin faciəli gündə tufan və duman üzündən gəmi Şüvəlan burnu yaxınlığında xəritələrdə qeyd olunmayan sualtı qayalara çırpılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.