BAKI, 13 avqust — Sputnik. ABŞ-ın nüvə arsenalı çox köhnəlib və ciddi modernləşdirmə tələb edir.
Bu fikri Ellison Milli Təhlükəsizlik Mərkəzinin analitiki Robert Piters Amerikanın "The National Interest" jurnalı üçün yazdığı məqalədə bildirib.
Onun sözlərinə görə, ABŞ-ın nüvə arsenalı o qədər köhnəlib ki, düşmənləri artıq ondan qorxmurlar. Peters, həmçinin hesab edir ki, Rusiya və Çin Amerika üzərində texnoloji üstünlüklərini artırıblar.
Bundan əvvəl Senatın Silahlı Qüvvələr Komitəsinin üzvü Rocer Uiker və Qaydalar və İdarəetmə Komitəsinin aparıcı üzvü Debra Fişer ABŞ-ın nüvə arsenalının çox köhnəldiyini bəyan etmişdilər. Onların fikrincə, ABŞ yaxın mənzilli taktiki nüvə silahlarının, qanadlı raketlərin və qitələrarası nüvə torpedalarının keyfiyyətinə görə Rusiyadan geri qalır.