Bağlanış mərasimində Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Olimpiya bayrağını ABŞ-nin Los Anceles şəhərinin meri Karen Basa təqdim edib. Qeyd edək ki, növbəti Olimpiya Oyunları 2028-ci ildə Los Ancelesdə keçiriləcək.
Bağlanış mərasimindəki paradda Azərbaycan bayrağını olimpiadada gümüş medal qazanan taekvondoçu Qaşım Maqomedov (58 kq) və bədii gimnastika üzrə qrup hərəkətləri komandasının heyətində 5-ci yeri tutan Zeynəb Hümmətova daşıyıb.