BAKI, 12 avqust — Sputnik. Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət "Bakı Sığorta" (2.85 indeksi ilə) olub.
Bu barədə Azərbaycan Mərkəzi Bankının cari ilin iyul ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.
Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkətlər arasında "Xalq Sığorta" 2.84 indeksi ilə siyahıda növbəti dəfə ikinci, "Paşa Sığorta" isə 1.19 indeksi ilə üçüncü olub.
Digər sığorta şirkətləri üzrə şikayət indeksi aşağıdakı kimidir:
Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətləri
© Photo : CBAR