BAKI, 12 avqust - Sputnik. Avqustun 11-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla təmas xətti olmuş və minalardan təmizlənməmiş "Qanlıgöl" yaylağı adlanan ərazisində mina partlayışı hadisəsi baş verib.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü Şərur rayon sakini Bəxtiyar Sultanov müxtəlif dərəcəli xəsarətlər alıb.
O, dərhal xəstəxanaya çatdırılaraq zəruri tibbi yardımlar göstərilib, hazırda vəziyyəti ağır olaraq qalır.
Şahbuz rayon prokurorluğunun əməkdaşları tərəfindən prokuror-kriminalist və Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin iştirakı ilə hadisə yeri müayinə olunub və digər zəruri prosessual hərəkətlər icra edilib.
Faktla bağlı Şahbuz rayon prokurorluğunda araşdırma aparılır.
11.08.24, 23:47
Şərur rayonundan olan çoban Şahbuzda minaya düşüb.
Şahbuzun "Qanlıgöl" yaylağında Şərur rayonunun Mahmudkənd kəndinin sakini, 2005-ci il təvəllüdlü Sultanov Bəxtiyar İslam oğlu minaya düşüb.
B.Sultanov xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.
19.07.24, 20:00
Kəlbəcərdə 55 yaşlı kişi minaya düşüb
55 yaşlı Xəlifə Hüseynov Həsən oğlu Kəlbəcər rayon Ağdaban kəndində minaya düşüb.
"Report"un Qərb bürosunun məlumatına görə, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.