RUSİYA

Görünür, düşmən danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır - Putin

Putin təhlükəsizlik blokunun nümayəndələrinin iştirakı ilə Rusiya Federasiyasının sərhədyanı rayonlarında vəziyyətlə bağlı operativ iclas keçirir.
Sputnik
BAKI, 12 avqust — Sputnik. Mülki əhaliyə və infrastruktura fərq qoymadan hücum edənlərlə danışıqlardan danışmaq mümkün deyil. Bunu Rusiya prezidenti Vladimir Putin Kiyevlə danışıqların perspektivlərindən danışarkən bildirib.
Putin təhlükəsizlik blokunun nümayəndələrinin iştirakı ilə Rusiya Federasiyasının sərhədyanı rayonlarında vəziyyətlə bağlı operativ iclas keçirir.
"Görünür, düşmən danışıqlarda mövqelərini yaxşılaşdırmağa çalışır. Amma biz dinc əhaliyə, mülki infrastruktura fərq qoymadan zərbələr endirən və ya nüvə enerjisi obyektlərinə təhlükə yaratmağa çalışan insanlarla hansı danışıqlara gedəbilərik?", - prezident bildirib.
Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bildirib ki, avqustun 6-da saat 5.30-da Ukrayna Silahlı Qüvvələrinin min nəfərə qədər olan bölmələri Kursk vilayətində əraziləri ələ keçirmək məqsədilə hücuma keçib. O qeyd edib ki, onların Rusiya ərazisinə doğru irəliləməsi dayandırılıb. Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb ki, Kursk vilayətində əməliyyat düşmənin darmadağın edilməsi və dövlət sərhədinə çıxışla başa çatacaq.
Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kursk vilayətində irəliləməyə cəhd edən Ukrayna Silahlı Qüvvələri 2 gün ərzində artıq 660 hərbi qulluqçu və 82 zirehli texnika, o cümlədən 8 tank, 12 zirehli transportyor, 6 piyada maşını və 55 zirehli texnika itirib.
Rusiya prezidenti Vladimir Putin Kursk vilayətindəki vəziyyəti şərh edərkən Kiyev rejiminin növbəti genişmiqyaslı təxribata əl atdığını və mülki hədəflər də daxil olmaqla, fərq qoymadan atəş açdığını bəyan edib. Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində sərhəd bölgəsinə hücumundan sonra, xüsusən də terror aktı və qətllər ilə bağlı iş açılıb.
Rusiya müstəntiqləri bölgədəki mülki hədəflərə zərbələr endirmək əmrini verən və yerinə yetirən Ukrayna hərbçilərinin kimliyini müəyyənləşdirir.