İQTİSADİYYAT

Aİİ və MDB nəqliyyat sektorunda əməkdaşlıq etmək istəyirlər

Görüşün yekununda birgə fəaliyyət planının hazırlanması üçün niyyət protokolunun imzalanması qərara alınıb.
Sputnik
BAKI, 12 avqust - Sputnik. MDB İcraiyyə Komitəsi və Avrasiya İqtisadi Komissiyası 2030-cu ilə qədər nəqliyyat dəhlizlərinin inkişafına yönəlmiş birgə fəaliyyət planı hazırlamağı planlaşdırır.
Bu barədə AİK-in mətbuat xidməti məlumat yayıb.
Məsələ AİK-nin energetika və infrastruktur naziri Arzıbek Kojoşev ilə Nəqliyyat Koordinasiya Görüşünün İcra Komitəsinin sədri Gennadi Bessonov arasında keçirilən görüşdə müzakirə olunub.
“İclas iştirakçıları Aİİ və MDB çərçivəsində nəqliyyat infrastrukturunun inkişafı üzrə görülən işləri qeyd ediblər, həmçinin Aİİ və MDB ölkələrinin ərazisindən keçən Avrasiya və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının əlaqələndirilməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətlərini ifadə ediblər” - buraxılışda deyilir.
Görüşün yekununda birgə fəaliyyət planının hazırlanması üçün niyyət protokolunun imzalanması qərara alınıb.
Bundan əvvəl Aİİ-də kənd təsərrüfatı istehsalçılarının qiymətlərı azaltdıqları barədə məlumat verilmişdi.