BAKI, 11 avqust — Sputnik. Avqustun 11-də bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 11-də kimlər anadan olub?
Zeynal Xəlil (1914-1973) - Azərbaycan SSR əməkdar incəsənət xadimi və şairdir. O, Respublika teatrlarının səhnələşdirdiyi bir sıra pyeslərin müəllifidir.
Zeynal Xəlil
© Photo : Public domain
Halk Hoqan (1953) - ABŞ aktyoru, televiziya aparıcısı, sahibkar və musiqiçidir. O, 1980-ci illərin dünyanın ən məşhur peşəkar güləşçisi hesab edilir.
Halk Hoqan
© AP Photo / DAN STEINBERG
Viola Davis (1965) - ABŞ aktrisası və prodüseridir. O, "Oskar", "Emmi", "Qremmi" və "Toni" mükafatlarına layiq görülüb.
Viola Davis
© AP Photo / Dan Steinberg
Kris Hemsvort (1983) - Avstraliya aktyorudur. O, daha çox Marvel kinematoqrafik kainatında Tora rolu ilə məşhurdur: "Tor", "Qisasçılar", "Tor 2: Qaranlıq krallığı", "Qisasçılar: Altron erası", "Qisasçılar: Sonsuzluq müharibəsi", "Qisasçılar": Final "və" Tor: Sevgi və ildırım "və s.
Kris Hemsvort
© AP Photo / Andrew Medichini
11 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1473-cü ildə Uzun Həsənin başçılıq etdiyi Ağqoyunlu qoşunları ilə II Mehmet Fatehin baçılıq etdiyi Osmanlı qoşunları arasında Fərat çayının yuxarı axarında yerləşən Otluqbeli (Tərcan) çölündə döyüş baş verdi. Döyüş Osmanlı ordusunun qələbəsi ilə başa çatdı və beləliklə, Osmanlılar Kiçik Asiya üzərində tam nəzarəti təmin etdilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.