DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Çin Rusiyanın Şərq İqtisadi Forumunu keçirməsini dəstəkləyir - XİN

Nazirlik qeyd edib ki, Şərq İqtisadi Forumu Asiya-Sakit Okean regionu ölkələri üçün əməkdaşlıq üzrə konsensusa nail olmaq və birgə inkişafı planlaşdırmaq üçün mühüm platformadır.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Çin Rusiyanın 9-cu Şərq İqtisadi Forumuna (EEF-2024) ev sahibliyi etməsini dəstəkləyir və bunun regional əməkdaşlığın dərinləşməsinə töhfə verəcəyinə ümid edir. Bu barədə Çin Xarici İşlər Nazirliyindən RİA Novosti-yə məlumat verilib.
EEF 2024 3-6 sentyabr tarixlərində Vladivostokdakı Uzaq Şərq Federal Universitetinin kampusunda keçiriləcək.
Nazirlik qeyd edib ki, Şərq İqtisadi Forumu Asiya-Sakit Okean regionu ölkələri üçün əməkdaşlıq üzrə konsensusa nail olmaq və birgə inkişafı planlaşdırmaq üçün mühüm platformadır.
"Çin Rusiyanın 9-cu Şərq İqtisadi Forumuna uğurla ev sahibliyi etməsini dəstəkləyir və bu forumun regional əməkdaşlığın dərinləşməsinə təkan verəcəyinə ümid edir", - Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
XİN rəsmisi Çin rəhbərliyinin bu il forumda iştirakı ilə bağlı sualı cavabsız qoyub.