BAKI, 11 avqust — Sputnik. ABŞ Türkiyə ilə Rusiya arasında davam edən ticarətdən narazıdır.
"Berliner Zeitung" bu barədə yazıb.
Nəşrin müəlliflərinin fikrincə, "Türkiyənin Rusiya ilə aktiv ticarət etməsi ABŞ-ı hiddətləndirib".
Ukraynada münaqişənin başlamasından sonra Türkiyənin Rusiya ilə ticarət dövriyyəsini yalnız artırdığı vurğulanıb. Məqalə müəllifləri hesab edirlər ki, hazırkı vəziyyət NATO daxilində yüksək gərginliyə səbəb ola bilər.
Həmçinin qeyd edilib ki, ABŞ Ticarət Nazirliyi artıq Rusiya ilə qeyri-qanuni ticarətdə şübhəli hesab etdiyi çoxsaylı türk şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.
Qeyd edək ki, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan iyulun əvvəlində Rusiya Prezidenti Vladimir Putinlə görüşündə Ankaranın Rusiya Federasiyası ilə Ukrayna arasında atəşkəs razılaşmasının əsasını qoymağa hazır olduğunu bəyan edib. Rusiya lideri, həmçinin Ərdoğanın Türkiyəyə səfər dəvətini də qəbul edib.