DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

2024-cü ildə hansı Aİİ ölkələrində yanacağın qiymətində artım müşahidə edilir?

Aİİ ölkələrində dizel yanacağının qiymətləri 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,3%, 2024-cü ilin may ayı ilə müqayisədə isə 0,6% artıb.
Sputnik
BAKI, 11 avqust — Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrində avtomobil benzininin istehlak qiymətləri indeksi 2024-cü ilin iyun ayında ilin əvvəli ilə müqayisədə 102,4%, 2024-cü ilin may ayı ilə müqayisədə isə 101,0% təşkil edib. Bu barədə Avrasiya İqtisadi Komissiyasının (AİK) hesabatında deyilir.
2023-cü ilin dekabr ayı ilə müqayisədə dizel yanacağının qiymətləri 1,3 faiz, 2024-cü ilin may ayına nisbətən 0,6 faiz, elektrik enerjisinin qiymətləri isə 2023-cü ilin dekabr ayı ilə müqayisədə 1,8 faiz bahalaşıb, 2024-cü ilin may ayına nisbətən isə dəyişiklik yoxdur.
Hesabata görə, 2024-cü ilin iyun ayında 2023-cü ilin dekabr ayı ilə müqayisədə Ermənistanda (6,3 faiz və 4,3 faiz) və Qazaxıstanda (0,1 faiz və 0,7 faiz) avtomobil benzini və dizel yanacağının qiymətlərində azalma müşahidə olunub. Bu dövrdə elektrik enerjisi ödənişləri üzrə qiymətlər ən çox Qazaxıstan (11,4%) və Qırğızıstanda (10,8%) artıb.