CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 10 avqust – FOTO

Bu gün müxtəlif illərdə dünyada və ölkədə baş verən hadisələr barədə Sputnik Azərbaycan-ın icmalında oxuyun.
Sputnik
BAKI, 10 avqust — Sputnik. Avqustun 10-da bir çox dünya şöhrətli aktyorlar, alimlər, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəlib. Bu gün həmçinin tarixə düşən hadisələr də baş verib.
Avqustun 10-da kimlər anadan olub?
Kazım Kazımzadə (1913-1992) - Azərbaycan SSR xalq artistidir. O, Nizami Gəncəvinin "İsgəndərnamə", "Sirlər xəzinəsi", "Leyli və Məcnun", "Xosrov və Şirin" poemalarına illüstrasiyalar çəkib. Səməd Vurğun və Üzeyir Hacıbəyovun Bakıdakı ev-muzeylərinin ilk bədii tərtibatı Kazımzadəyə məxsusdur.
Kazım Kazımzadə
Mixail Zoşenko (1894-1958) - Sovet dövrünün rusiyalı yazıçısıdır. Onun əsərləri əsasında bir neçə bədii film çəkilib.
Mixail Zoşenko
Oleq Strijenov (1929) - Sovet və Rusiya teatr və kino aktyoru, SSRİ xalq artistidir. O, "Qırx birinci", "Ağ gecələr" filmləri də daxil olmaqla otuzdan çox filmdə rol alıb.
Oleq Strijenov
Karolin Siol (1949) - fransız aktrisa və yazıçıdır. O, "Məni xatırla", "Ağıllı", "Uğursuz görüş" və s. filmlərdə bir çox obrazları canlandırıb.
Karolin Siol
Antonio Banderas (1960) - İspaniyanın kino aktyorudur. O, Avropa Film mükafatı və Kann Film Festivalı da daxil olmaqla müxtəlif mükafatlara layiq görülüb. O, "Dörd otaq", "Ümidsiz", "Casus uşaqlar", "Cazibə", "Frida" və s. filmlərdə rol alıb.
Antonio Banderas
10 avqust tarixində dünyada baş verən tarixi hadisələr
1539-cu ildə Fransa kralı I Fransisk fransız dilini rəsmi dil elan edərək, bütün rəsmi sənədlərin latın dilində deyil, fransız dildə olmasını əmr edib.
1876-cı ildə dünyada ilk şəhərlərarası telefon danışığı Ontarioda (Kanada) baş tutub (şəhərlər arasındakı məsafə 13 km-dir).
2003-cü ildə rusiyalı kosmonavt Yuri Malençenko kosmosda evlənən ilk insan olub. Onun seçdiyi şəxs Rusiya əsilli ABŞ vətəndaşı Yekaterina Dmitriyevadır.