BAKI, 10 avqust - Sputnik. Rusiya Birləşmiş Təyyarə Korporasiyasının İrkutsk Aviasiya Zavodu ("Rostex" Dövlət Korporasiyasının bir hissəsi) yeni təkmilləşdirilmiş çoxfunksiyalı Su-30SM2 qırıcılarını istehsal edib Rusiya Müdafiə Nazirliyinə təhvil verib. Bu barədə korporasiyanın mətbuat xidməti məlumat yayıb.
Təyyarə lazımi yer və uçuş sınaqlarından keçərək xidmət yerinə yola düşüb.
“Rusiya Müdafiə Nazirliyinin texniki şərtlərinə uyğun olaraq aparılan modernləşdirmə sayəsində təyyarənin döyüş qabiliyyəti artıb. Xüsusilə, hava hədəflərinin aşkarlanması və tanınma diapazonu artıb. Bir neçə yüz kilometr məsafədə hava, yer və dəniz hədəflərini məhv etmək üçün qırıcı təyyarələrin arsenalına yeni yüksək dəqiqlikli silahlar daxil edilib”, - məlumatda deyilir.
Mətbuat xidməti əlavə edib ki, İrkutsk Aviasiya Zavodu dövlət müdafiə sifarişi çərçivəsində yeni təyyarələrin istehsal planını vaxtında yerinə yetirir.
Su-30SM2 qırıcıları Rusiya Aerokosmik Qüvvələrində xidmətdə olan təyyarənin gələcək inkişafını təmsil edir. Yeni təyyarələr təkmilləşdirilmiş avionika dəsti ilə təchiş olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.